AZ

Fidan qələbə qazandı - DÇ

Düşənbədə (Tacikistan) cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın iki idmançısı tatami üzərinə çıxacaq.

73 kq
Gənclər arasında hazırkı dünya çempionu Vüsal Qələndərzadə mübarizəyə ikinci mərhələdən başlayacaq. O, Kemal Ovezdurdıyev (Türkmənistan) - Anton Dubovik (IJF) cütünün qalibi ilə qarşılaşacaq.

57 kq
Fidan Əlizadə də ikinci mərhələdən mübarizəyə başlayıb və Nino Tsiklaurini (Gürcüstan) məğlub edib.

İlk gündən sonra komandamızın hesabında medal yoxdur. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşdə məğlub olublar.

Seçilən
5
3
football-plus.az

5Mənbələr