AZ

Bayden “Helen” qasırğasının vurduğu ərazilərə baş çəkib

ABŞ prezidenti Co Bayden \"Helen” qasırğasından ən çox zərər çəkən ştatlarına səfər edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 70-dən çox insanın həyatını itirdiyi Şimali Karolina və Cənubi Karolina ştatlarında yoxlamalar aparan Bayden, ABŞ-nin bütün federal, əyalət qüvvələrinin və Amerika xalqının zərəçəkmişlərin yanında olduğunu bildirib.

Büdcədən lazım olan bütün dəstəyin tez bir zamanda köçürüləcəyini vurğulayan Bayden, təbii fəlakətdən zərər çəkmiş bölgələri ən qısa zamanda bərpa edəcəyinə söz verib.

ABŞ prezidenti qasırğadan zərər çəkmiş Corciya və Florida ştatlarına da səfər edəcək.
 
Cəmalə
Seçilən
17
azxeber.com

1Mənbələr