AZ

“İnsanların metroya olan tələbatı artıb”

“İnsanların

“Bakı metropoliteninin cəmi 3 xətti və 27 stansiyası var. Bu, ondan xəbər verir ki, uzun illər Bakı metropoliteni genişlənməyib”. Bunu xalqcebhesi.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov son zamanlar metroda yaranan sıxlıq problem ilə bağlı danışarkən deyib. O söyləyib ki, zamanında hansı üslubda qoyulubsa, elə də davam edib və təxminən 10 ildə 1 stansiya tikilib: “Halbuki, 2-3 il ərzində stansiyaların sayını artırmaq olardı. Metrolarda depoların sayını artırmaq olardı ki, qatarlar orada müəyyən dəyişikliyi, geridönməni həyata keçirə bilsin. İndiki zamanda isə Bakıdakı əhalinin və Bakıya gələn turistlərin sayı artıb. Həmçinin insanların metroya olan tələbatı da artıb. Çünki vaxtı ilə olan tramvay, trolleybus xətləri də sökülüb. İctimai nəqliyyatda güc əsasən avtobus və metroya düşüb”.

Röya

Seçilən
11
xalqcebhesi.az

1Mənbələr