AZ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Yaxın Şərqdə artan geosiyasi risklər və ABŞ-da açıqlanacaq statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Birjalarda dolların “güvənli liman” maliyyə aləti kimi çıxış etməsi amili qiymətin artmasına səbəb olur. Digər ölkələrdəki daxili amillər isə onların valyutalarının təhlükəsizlik baxımından cəlbediciliyini azaldır. Məsələn, Yaponiya rəsmiləri faiz dərəcələrinin artırılması ilə bağlı ehtiyatlı olmağa çağırdılar və Yaponiya Bankının rəhbəri qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliyi vurğuladı.

Ötən gün Avrozonada işsizlik 6.4% səviyyəsində dərc olundu. 

Qızıl isə 2650$ səviyyəsinin üzərində qalmağa davam edir. “Wall Street Journal”-ın çərşənbə günü verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının neft naziri bildirib ki, “OPEC+” üzvləri hasilatın azaldılması ilə bağlı razılaşdırılmış kvotalara əməl etməsələr, neft qiymətləri bir barrel üçün 50$ səviyyəsinin altına enə bilər. Daha sonra “OPEC” bu məlumatı təkzib edərək, sentyabrın 5-dən bəri birliyin heç bir görüş və ya danışıq aparmadığını bildirib.

Bugün ABŞ-da, Almaniyada, Avrozonada və Böyük Britaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq. Analitiklər sentyabr ayında Amerikanın xidmət sektorunda PMI-ın 55.7 bənd səviyyəsindən 55.4 bənd səviyyəsinə qədər endiyini proqnoz edirlər. 

Həmçinin, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı investorların diqqət mərkəzində olacaq. Eləcə də, bugün Türkiyədə inflyasiyaya dair məlumatlar dərc olunacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Seçilən
3
1
marja.az

2Mənbələr