AZ

ASRAD rəhbəri: Kolonial şəraitdə yaşayan ölkələrin əsas məqsədlərindən biri müstəqil iqtisadiyyata malik olmaqdır

"Qloballaşmanın kökündə dünyan qarşılaşdığı mürəkkəb reallıq şəraitində bir dövlətin öz ərazisi üzərində suveren hüquqlarını həyata keçirmək və bütün səviyyələrdə müstəqil qərarlar qəbul etmək gücünü ifadə edən suverenlik dayanır".

APA xəbər verir ki, bunu Bakıda təşkil olunan "Afrikada Fransanın Neokolonializm Siyasəti" mövzusundakı konfrans zamanı ASRAD Qeyri Hökumət Təşkilatının rəhbəri Kabin Doumbia bildirib.

O əlavə edib ki, istənilən müstəmləkə ərazisi iqtisadi inkişafını təmin etmək üçün müstəqil qərarlar qəbul etməli, digər ölkələrlə təzyiq və təhdidlərdən kənar iqtisadi-ticari anlaşmalar imzalamalıdır:

"Kolonial şəraitdə yaşayan ölkələrin əsas məqsədlərindən biri müstəqil iqtisadiyyata malik olmaqla, beynəlxalq iqtisadi sistemin bir parçasına çevrilməkdən ibarətdir. Bunun üçün isə hər hansı təzyiq və təhdidlər olmadan digər dövlətlərlə azad ticarət haqqında sazişlər imzalanmalıdır. Daha bir məsələ isə həmin dövlətlərdə sənayeləşmənin sürətləndirilməsindən ibarətdir. Bunun üçün ilk növbədə müstəmləkə dövlətlərinin suverenliyi beynəlxalq səviyyədə tanınmalıdır. Bütün bu əlaqələr həmin dövlətlərə siyasi, iqtisadi və hərbi də daxil olmaqla, hər hansı təzyiqləri istisna etməlidir. Qloballaşmanın kökündə suverenlik anlayışı dayanır. Bu, qlobal aləmin mürəkkəb reallığı şəraitində bir dövlətin öz ərazisi üzərində səlahiyyətlərini həyata keçirmək və bütün səviyyələrdə müstəqil qərarlar qəbul etmək gücünü ifadə edən bir anlayışdır. Bu fövqəladə vəziyyət şəraitində müstəmləkə ölkələri siyasi müstəqilliyə necə çatacağını bildiyi halda, beynəlxalq birliyin güclü subyektləri, maliyyə və beynəlxalq siyasi institutlar, keçmiş müstəmləkəçi dövlətlər və yeni suveren qüvvələr qarşısında öz mövcudluğunu qorumaq üçün mübarizəni davam etdirir".

Seçilən
30
apa.az

1Mənbələr