AZ

Litvadan Qərbə çağırış: “Putin uduzmalıdır!"

Qərb Rusiyanın Ukraynada məğlubiyyətini təmin edəcək addımlar atmalıdır.

Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis  Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib. 

“Putin uduzmalıdır! Bunu o və müttəfiqləri də qəbul etməlidir”, - deyə nazir bildirib.

Landsbergis NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsini, alyansın bir üzvünə hücumun hamıya qarşı təcavüz kimi qiymətləndirilməsini “Ukraynaya təklif oluna biləcək ən praktik təhlükəsizlik zəmanəti” adlandırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
15
news365.az

1Mənbələr