AZ

Məktəblinin ölüm faktı ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, 71 saylı orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 2008-ci il təvəllüdlü A.S yaşıdı D.N-nı bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxsin məktəbin 10-cu sinif şagirdi olduğu bildirilir.

Yaralı şagird xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olarq şagirdin ölüm faktı ilə bağlı açıqlama verib:
 

MÖVZU İLƏ BAĞLI:

Sabunçuda məktəblinin ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI


“02.10.2024-cü il tarixində saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Baş Prokurorluqda hadisə ilə bağlı araşdırma başlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.

Alçina Amilqızı, Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr