AZ

Cənubi Koreya və ABŞ Yaponiya dənizində birgə hərbi dəniz təlimləri keçirib

Cənubi Koreya və ABŞ Hərbi Dəniz Qüvvələri Yaponiya dənizində birgə hərbi dəniz təlimləri keçirib.

Bu barədə Yonhap məlumat yayıb.

“İki ölkənin donanması çərşənbə günündən başlayaraq Seuldan təxminən 270 km cənub-şərqdə yerləşən Pohang sularında ROKS Marado və USS Boxer amfibiya hücum gəmiləri də daxil olmaqla, dörd döyüş gəmisinin iştirakı ilə iki günlük təlim keçirib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, təlimlər qarşılıqlı fəaliyyətin gücləndirilməsi, birgə əməliyyatların keçirilməsi və istənilən formada təxribata cavab verilməsi bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib.

Bundan əvvəl Rusiya və Çin gəmilərinin Oxot dənizində təlimlər zamanı manevr və hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirdiyi bildirilirdi .

Mənbə RİA Novosti

Seçilən
12
dogru.az

1Mənbələr