AZ

Prokurorluq məktəblinin qətli ilə bağlı məlumat yaydı

Oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

NOCOMMENT.az

xəbər verir ki, bu barədə informasiyanı Sabunçu rayon prokurorluğu yayıb.

Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.\\demokrat.az

Seçilən
5
10
nocomment.az

10Mənbələr