AZ

Qlobal iqtisadiyyata böyük ŞOK

Yaxın Şərqdə müharibə böyüdükcə, neft qiymətləri də artmağa başladı. 

İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beyli deyib ki, münaqişələr 54 il əvvəl olduğu kimi “enerji şokuna” səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, İsrail Livana hücum etdikdən sonra İran İsraildəki mühüm mərkəzləri vurub. Yaxın Şərqi "od halqası"na çevirən hücumlardan sonra qlobal bazarlarda dalğalanmalar başlayıb. Neftin qiyməti durğunluq kursunu qıraraq yüksəlir.

İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beyli neft qiymətləri ilə bağlı təəccüblü açıqlamalar verib.

“Guardian”-a müsahibəsində Beyli münaqişələrin neft qiymətlərini sabitsizləşdirdiyinə diqqət çəkib. Qlobal iqtisadiyyatın 1970-ci illərdəki kimi bir “enerji şoku” yaşayacağından narahat olan Beyli münaqişələri yaxından izlədiyini söyləyib.

Digər tərəfdən, dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı dünən OPEC+ ölkələrinə kvotanı aşmamaq barədə xəbərdarlıq edib. Həddindən artıq neft hasilatının qiymətlərdə dalğalanmalara səbəb olduğunu deyən Səudiyyə Ərəbistanı İraqa işarə edib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr