AZ

Yaxın Şərqdə raket müharibələri: İran İsraili vurdu, İsrail Livana hücum etdi


7NEWS.az xəbər verir ki, İran ötən gecə hipersəs ballistik raketləri ilə İsraili hədəfə alıb. Təl-Əvivə 200 raket atılıb. İran mediası hədəflərin 90 faizinin vurulduğunu açıqlayıb. Tehran özünümüdafiə hüququ çərçivəsində yalnız hərbi məntəqələrin hədəf alındığını açıqlasa da, İsrailin baş naziri Netanyahu "Bunun əvəzini İran ödəyəcək” deyib. İran İnqilab Mühafizəçiləri hücumun İsrailin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşanın öldürüldüyü hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib. Digər tərəfdən İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qalası olaraq xarakterizə edilən Dahiyə bölgəsinə hava hücumu həyata keçirib.
Seçilən
5
7news.az

1Mənbələr