AZ

“Yuventus”da ciddi itki

“Yuventus”un hücumçusu Arkadiuş Milik 2024-cü ildə meydana çıxa bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dizindəki zədəyə görə Almaniyada keçirilən Avropa çempionatından kənarda qalan polşalı futbolçunun sağalma prosesi gecikir. Aparılan müayinələrdən sonra onun cari il futbol oynaya bilməyəcəyi dəqiqləşib.

Milik “Yuventus”un heyətində 75 rəsmi oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizim.Media

Seçilən
5
3
bizim.media

4Mənbələr