AZ

İsrail qurudan və havadan Livana hücum edir

İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyruta 3-ü cənubdakı Dahiyə olmaqla 4 dəfə hava hücumu təşkil edib.

Turkustan.az xəbər verir ki, İsrail, Beyrutun cənubundakı Dahiyədəki Müəvvəd bölgəsi və Amerika məhəlləsinə 3 raketlə hücum edib.

Bombalamadan sonra hücumların baş verdiyi bölgədən yüksələn qatı tüstü paytaxt Beyrut səmasında geniş ərazini bürüdü.

Digər hücumda isə Beyrutun qərbindəki Basura rayonunda bir bina hədəf alınıb.

Xəsarət alanların olduğu hücumlarla bağlı hələlik ətraflı məlumat əldə edilməyib.

Digər tərəfdən İsrail ordusunun sözçüsü Avichai Adraee X platformasında verdiyi açıqlamada ordunun Beyrutdakı bəzi hədəflərə "həssas hücumlar" həyata keçirdiyini bildirib.

Adraee hücumlarla bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr