AZ

Qaz böhranı Polşa gübrə sənayesini çökdürdü

Qaz qiymətlərinin artması Polşanın kənd təsərrüfatı sektoruna ciddi təsir göstərib.

Fins.az xəbər verir ki, Polşanın gübrə istehsalçısı Azoty-nin yüksək maya dəyəri səbəbindən rəqabət qabiliyyətini itirməsi ölkəni Rusiya mənşəli azot gübrələrini Ukraynaya re-ixrac etməyə vadar edib.

2023-cü ildə Polşa Ukraynaya gübrə ixracını 28% artıraraq 74,3 min tona çatdırıb. Eyni zamanda, ölkənin gübrə istehsalı 2021-ci illə müqayisədə azot gübrələri üzrə iki dəfə, qarışıq gübrələr üzrə 1,6 dəfə azalıb. Bu vəziyyət Polşanın idxaldan daha çox asılı olduğunu göstərir.

 

Seçilən
14
fins.az

1Mənbələr