AZ

Santuşların ayağı "Araz-Naxçıvan" və "Qarabağ" üçün düşərli olub

Misli premyer-liqasında 8-ci turu geridə qoyduq. Cümə günü və həftəsonu keçiriləcək oyunlarla 1-ci dövrəyə də yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, millimizin baş məşqçisi Fernando Santuş və köməkçiləri elita klublarının oyunlarını izləməyə və lazımi qeydlər götürməyə davam edir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin saytımıza verdiyi məlumata görə, 8-ci tur da mütəxəssislərin diqqət mərkəzində olub. Belə ki, Fernando Santuş "Qarabağ" - "Sabah", Rikardo Santuş "Araz-Naxçıvan" - Səbail", Paulo Mendes "Zirə - Kəpəz" və "Şamaxı" - "Turan Tovuz", Bruno Pereyra isə "Neftçi" - "Sumqayıt" matçını izləyib.

KƏNAN BAHADIR

Seçilən
14
football-plus.az

1Mənbələr