AZ

Daha iki azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada daha bir azərbaycanlı döyüşlərdə ölüb.

Bakuinfo.net xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Qeyd olunur ki, Novruzov Surət Baba oğlu bir neçə gün öncə Rusiya Federasiyası ilə Ukrayna dövləti arasında gedən döyüşlərdə həlak olub. O, doğulduğu Kəngərli rayonu Qıvraq kəndində dəfn edilib.

Həmçinin Qaradağ rayonu Ələt qəsəbəsindən olan Cəfər Süleymanov da Ukraynada gedən döyüşlərdə dünyasını dəyişib. O, sentyabrın 20-də həlak olsa da, ailəsinə məlumat bir neçə gün sonra verilib. Mərhum uzun müddət Rusiyada yaşayıb və vətəndaşlıq alıb.

Seçilən
25
3
bakuinfo.net

4Mənbələr