AZ

Bakıda məktəbli öldürüldü - Təfərrüatlar

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə oktyabrın 2-də saat 15:30 radələrində baş verib.

Belə ki, adıçəkilən məktəbin XI sinif şagirdi qətlə yetirilib. Məlum olub ki, hadisəni törədən şəxs məktəbli deyil. O, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

Bıçaqlanma hadisəsinin məktəbdə yox, dərsdənkənar vaxtda baş verdiyi bildirilir.

Seçilən
5
hafta.az

1Mənbələr