AZ

HAKİMLƏRİN SƏLAHİYYƏTİNƏ HANSI HALLARDA XİTAM VERİLƏCƏK? - Yeni qanun

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişir.

Mia.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurasının ayrı-ayrı üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər. Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir.

Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Layihəyə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılacaq. Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirəcək.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edəcək.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:

Seçilən
4
8
mia.az

9Mənbələr