AZ

Aleksis Makallister: “ÇL-i qazanmaq bir xəyaldır”

“Liverpul”un mərkəz yarımmüdafiəçisi Aleksis Makallister UEFA Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu etiraf edib.

Arena.az argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Bəli, əlbəttə ki, bu bir xəyaldır. Dünya Kubokunu qazanmağım bəziləri üçün gözlənilməzlik oldu, amma Çempionlar Liqasında “Milan”a qarşı debüt etmək mənim üçün necəsə bir sərsəmlikdir. “Liverpul”da oynayanda Çempionlar Liqasını qazanmaq üçün səy göstərməlisən. Çox yaxşı oyunçularımız, yaxşı komandamız var. Mövsümün sonunda bu yarışı qazana biləcəyimizi görəcəyik”, deyə Makallister bildirib.

Aleksis Makallister Argentinanın “Arxentinos Xuniors” klubunun yetirməsidir. O, 2019-cu ilin qışında “Arxentinos Xuniors”dan “Brayton”a keçib. Makallister “Liverpul”a 2023-cü ilin iyul ayında 42 milyon avro qarşılığında məhz “Brayton”dan gəlib. Onun “qırmızılar”la 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Makallister bu mövsüm İngiltərə klubunun heyətində meydana çıxdığı 9 oyunda 1 qolla yadda qalıb. O, “Liverpul”da bütövlükdə 55 oyuna çıxıb. Yarımmüdafiəçi bu oyunlarda 8 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz yarımmüdafiəçisi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Argentina yığma komandasının heyətində 33 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ilə yadda qalıb. Aleksis milli komanda ilə 2022-ci ildə dünya çempionu olub, bu il isə Amerika Kubokunu qazanıb.

Makallisterin “Liverpul”la da bir titulu var. O, İngiltərə Liqa Kubokunun (2023/2024) qaliblərindən biridir.

“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunu 75 milyon avro məbləğində dəyərləndirir.

Seçilən
11
arena.az

1Mənbələr