AZ

“Qarabağ” bu gün Avropa Liqasında “Malmö” ilə qarşılaşacaq

“Qarabağ”

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bakıda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

3 oktyabr

20:45.“Qarabağ” – “Malmö”

Baş hakim: Anastasios Papapetrou

Baş hakimin köməkçiləri: Trifon Petropoulos, Yordanis Aptosoqlu

Dördüncü hakim: Alexandros Tsakalidis

VAR: Angelos Evangelu

AVAR: Atanasios Tsilos

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin ilk turunda İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzub.

Seçilən
18
4
azertag.az

5Mənbələr