AZ

İsrail Suriyaya hava hücumu edib

Bakı, TurkicWorld

İsrail təyyarələrinin Suriyanın Latakiya əyalətinin Ceble rayonuna birdən çox hava hücumu təşkil etdiyi iddia edilib.

TurkicWorld xəbər verir ki, bu haqda Suriya hakimiyyətinə yaxın sosial media hesabları məlumat yayıb.

Məlumatda hücumun Aralıq dənizi tərəfdən saat 04:00 radələrində edildiyini bildirilib.

Bəşər Əsəd rejiminə məxsus hava hücumundan müdafiə sistemlərinin cavab verməyə çalışdığı deyilir.

Hücumla bağlı nə İsrail rəsmiləri, nə də Suriya rejimi tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi Latakiyanın Ceble rayonunda İranın dəstəklədiyi qruplarda fəaliyyət göstərir.

Xatırladaq ki, İsrail 2011- ci ildə Suriyada başlayan vətəndaş müharibəsi zamanı Suriya ordusuna həmçinin bölgədə yerləşən İran qruplarına qarşı hücumlar həyata keçirmişdi.

Seçilən
14
turkic.world

1Mənbələr