AZ

Xameneyi bunkerdən çıxır: Tehranda cümə namazı qıldıracaq

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi üzə çıxır. O, oktyabrın 4-də cümə namazını Tehranda özü qıldıracaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  İRNA-ya istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamənei cümə namazını qılacaq.

Son günlər Xameneyinin gözlənilən təhlükə ilə əlaqədar bunkerə aparıldığı barədə məlumatlar yayılmışdı. İranın 2 gün əvvəl İsrailə endirdiyi hava zərbəsindən sonra isə onun ilk dəfə xalq qarşısına çıxacağı gözlənilir.

Xəzər

"Cebheinfo.az"

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr