AZ

Estoniya Ukraynanın qərbinə qoşun göndərə bilər


Estoniya hakimiyyəti Ukraynanın qərbinə hərbi qulluqçuların göndərilməsi imkanını nəzərdən keçirir, onların qeyri-döyüş tapşırıqlarını yerinə yetirmələri gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Varşava Təhlükəsizlik Forumu üçün Varşavada olan ölkənin müdafiə naziri Hanno Pevkur “Polskie Radio” radiostansiyasına açıqlama verib.
“Biz hələlik konkret qərar qəbul etməmişik. İlk növbədə, təlimatçılarımızın təhlükəsizliyinə zəmanət verməliyik”, - Estoniya müdafiə naziri bildirib.
Pevkurun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı qərarlar NATO dövlətlərinin konsensusu əsasında qəbul edilməlidir.
“Bütün detalları nəzərə almaq lazımdır: kontingenti qorumaq üçün tədbirlər, eləcə də logistika. Buna görə də, biz hazırda Polşa və Böyük Britaniyada təlimlərimizi davam etdiririk”, - deyə siyasətçi yekunlaşdırıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-da Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusunu qaldırdığını bildirmiş, o zaman iştirakçıların bu məsələ ilə bağlı konsensus əldə etmədiklərini, lakin gələcəkdə belə bir ssenarinin istisna olmadığını qeyd etmişdi.
Digər tərəfdən, “Le Monde” qəzeti də Makronun AB-də Ukraynaya birgə təlimatçılar göndərmək üçün koalisiya yaratmaq istədiyini yazmışdı.
Seçilən
20
yeniavaz.com

1Mənbələr