AZ

Məşhur müğənninin qızı qaçırıldı – “Ona narkotik qəbul etdiriblər…”

Rusiyalı məşhur müğənni Lyubov Uspenskaya çərşənbə günü, oktyabrın 2-də qızı Tatyana Plaksinanın yoxa çıxdığını bildirib. 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, müğənni qızının onunla birgə tanınmamış Donetsk və Luqansk Xalq Respublikalarına (DXR və LPR) səfərlərdən sonra oğurlana biləcəyini deyib. Bir neçə gündür ki, onunla əlaqə saxlaya bilmirlər. 

Uspenskayanın vəkili Senina bəyan edib ki, başqa ölkədə “Ukraynalılar Tatyanaya narkotikdən istifadə etdiriblər və onu müsahibə verməyə məcbur ediblər. Bu yolla onun Rusiyapərəst mövqeyi ilə seçilən müğənni anasını gözdən salmağa çalışıblar ”. 

Senina qeyd edib ki, bu müsahibələr hələ yayımlanmayıb, lakin tezliklə onları gözləyirlər. Vəkil iddia edir ki, ukraynalı fırıldaqçıların əsas hədəfi müğənninin qızı deyil, onun anasıdır, “çünki o, Kiyevdə doğulub və Rusiyanın Ukrayna ilə bağlı siyasətini açıq şəkildə dəstəkləyir”. 

O, əlavə edib ki, Tatyananın itkin düşməsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə (FSB) şikayət edilib. Öz növbəsində Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müğənninin qızının itkin düşməsində Taisiya adlı keçmiş dostunun əli ola biləcəyi ilə bağlı nəzəriyyəni ifadə edib. Onun dediyinə görə, Plaksinanı narkotikə aludə edən və hətta müğənninin əmlakına yiyələnmək üçün Uspenskayaya qarşı kampaniyalar təşkil etmək istəyən məhz Taisiya olub. 

ElcanMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr