AZ

BMT İsrailin Quterreş qərarına reaksiya verib

"İsrailin BMT-nin baş katibi Antonio Quterreşini "persona non qrata" elan etməsi BMT personalına qarşı hücumların davamı ola bilər".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik deyib.

O, bildirib ki, İsrailin qərarının kökündə siyasi motivlərin dayandığını və BMT Təhlükəsizlik Şurası üzvlərinin Quterreşə verdiyi dəstəkdən məmnun olduqlarını bildirib.

"Bu qərara baxmayaraq, İsrail və BMT əməkdaşlığı əməliyyat səviyyəsində davam edəcək. Bu statusun şəxsi heyətimizə şamil oluna biləcəyini düşünmürük. Unutmayaq ki, baş katib yalnız dəvət aldığı ölkələrə səfər edir. Bu, əsas prinsipdir".

Qeyd edək ki, İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasına çağırış edən BMT-nin baş katibi Quterreşin "persona non qrata" elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Gülşən Şərif

Seçilən
24
bakivaxti.az

1Mənbələr