AZ

İsrailin hədəfi İrandakı nüvə obyektləridir

İranın raket hücumundan sonra İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallant və Silahlı Qüvvələrin rəisi Herzi Halevi də daxil olmaqla təhlükəsizlik rəhbərləri ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, nazirlər Kabinetinin iclası ötən gecə İranın hücumu zamanı “bunker”də keçirilib. Lakin sonuncu görüş Təl-Əvivdə Müdafiə Nazirliyində baş tutub. Netanyahu deyib ki, İran “böyük səhv edib və bunun əvəzini ödəyəcək”.

İsrail mətbuatı bildirib ki, görüşdə ABŞ-la razılaşdırıldıqdan sonra İrana “sərt cavab” verilməsi qərara alınıb. Kanal 12-də yayımlanan xəbərdə İranda "strateji bölgələrin" hədəfə alınmasının planlaşdırıldığı bildirilib. İsrail mətbuatında bildirilir ki, bu hədəflər İranın neft qazma qurğuları və nüvə obyektləri ola bilər.

ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və Tehranın “proporsional şəkildə” cavab verməli olduğunu bildirib. İrana cavab mövzusunda israilli həmkarları ilə görüşdüklərini ifadə edən Bayden, "İran relsdən çıxdı" şərhini verib.

Qətərdə olan İran prezidenti Məsud Pezeşkiyan HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini xatırladaraq, “İsrail bizi qonağımıza sui-qəsd edərək cavab verməyə məcbur etdi” dedi. İsrailin İrana cavab vermə ehtimalı ilə bağlı Pezeşkian, "İsrail cavab versə, cavabımız daha sərt olacaq" deyib.

İranın ötən gün atdığı raketlərin bir hissəsinin İsrailin “Dəmir Qübbə” və digər hava hücumundan müdafiə sistemlərinə nüfuz etməsi müxtəlif şərhlərə səbəb olub. Əslində, İranın aprel ayında atdığı raketlərdən fərqli olaraq, bu dəfə raketlərin bir hissəsinin İsraildəki bazanı vurduğu və bəzi binalara ziyan vurduğu təsdiqlənib.

Mütəxəssislər Dəmir Qübbənin həddi və tutumu olduğuna diqqət çəkərək, İranın hücumunun bu sistemin hüdudlarını aşmış ola biləcəyini bildirirlər. Əslində daha çox raket göndərməklə sistemin öhdəsindən gəlmək mümkündür. İranın bu dəfə daha çox raket atdığını xatırladan mütəxəssislər ilk dəfə istifadə edilən hipersəsli “Fatih-1” raketlərinin daha təkmil olduğunu və yüksək manevr qabiliyyəti ilə raketdən müdafiə sistemlərinin atdığı raketlərin ətrafından keçə bildiyini də qeyd edirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
7
turkustan.az

1Mənbələr