AZ

Döş xərçəngi: yalnız erkən müayinə həyatınızı xilas edə bilər - VİDEO

Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13 666 nəfəri həmin il qeydiyyata alınanlardır. 

 

Rəsmi statistikaya görə, hər il xəstələr arasında qadınların sayı artır. 

 

2023-cü ildə qeydə alınan 13,666 onkoloji xəstənin 7,224-ü qadındır.  

 

Döş xərçəngi ölkədə ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında birinci yerdədir, belə ki, 2023-cü ildə döş xərşəngi ilə müraciət edən xəstələrin sayı 2541 nəfərdir. 

 

Ancaq erkən müayinə həyatınızı xilas edə bilər. Modern.az xəbər veriri ki, Referans Estetik Mərkəzinin Süd vəzi üzrə Onkoplastik və Rekonstruktiv cərrahı Dr. Günay Əhmədovanın pasiyentin erkən və doğru müayinəsi nəticəsində 5 il əvvəl yaranan süd vəzi xərçənginə görə əməliyyat olunan və davamlı müalicə alan pasiyent artıq tam şəkildə sağalıb.

 

Həmin pasiyentin məmnuniyyət videosunu təqdim edirik:

 

 

Seçilən
6
1
modern.az

2Mənbələr