“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Malmö” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” I turda İngiltərədə “Tottenhem”ə uduzub – 0:3.