Ukraynalı iş adamı və milyarder Aleksandr Gereqanın Rusiyada əmlakına həbs qoyulub.
Bu barədə RİA Novosti sənədlərə istinadən yazır.
Materiallara görə, oliqarx bu ilin aprelində əmlakını itirib.
Xatırladaq ki, hələ 2022-ci ildə "Krım Respublikası" parlamentinin rəhbəri Vladimir Konstantinov Ukrayna oliqarxlarının yarımadadakı əmlakının milliləşdirildiyi barədə məlumat vermişdi. Belə ki, “Rusline Co” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 130-dan çox obyekt "respublikanın" mülkiyyətinə verilib.
Onun təsisçiləri arasında Gereqaya məxsus iki şirkət - New Line və Epicenter K. olub. Üstəlik, 2018-ci ildən Rusline Co-nun təsisçisi Marşal adalarında qeydiyyatdan keçmiş Drom Ventures Limited şirkətidir. KİV-in məlumatına görə, bu, ukraynalı oliqarxın ofşor şirkətidir.
Cavid