AZ

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb

Bakıda ölümlə nəticələn yol qəzası olub.

“İki sahil” xəbər verir ki,  hadisə Zabrat-Maştağa şossesində qeydə alınıb. Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
7
ikisahil.az

1Mənbələr