AZ

Biləsuvarda yonca toxumu bahalaşıb

Biləsuvar rayonunda bu il ötən illə müqayisədə yonca bitkisinin toxumu bahalaşıb.

FED.az xəbər verir ki,  bu barədə alıcılar məlumat verib.

Onların sözlərinə görə, ötən il 1 kq yonca toxumunun qiyməti 4-5 manat arasında olub. Bu il isə qiymətlər 6-8 manat arasında dəyişir.

Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin sözlərinə görə, bahalaşma bir neçə amillə bağlıdır. Belə ki, bu il toxumluq yonca sahələrində ziyanverici xəstəlik yayıldığı üçün fermerlər sahələrdə erkən biçin aparıblar. Eyni zamanda intensiv yağşlar məhsuldarlığın aşağı düşməsinə səbəb olub. (Report)

Seçilən
35
fed.az

1Mənbələr