AZ

Bakı İqlim Fəaliyyəti Həftəsində yaşıl iqtisadiyyatın gələcəyi müzakirə edildi - FOTOLAR

Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günü “Yaşıl İqtisadiyyat – Bacarıqlar, Maliyyə və Ədalətli Keçid Çağırışlarının Həlli” mövzusunda mühüm tədbirlə davam etdi. Tədbir BMT-nin COP29 üzrə Yüksək Səviyyəli İqlim Çempionu Nigar Arpadarai və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin açılış çıxışları ilə başladı.

QHT.az xəbər verir ki, tədbir zamanı yaşıl iqtisadiyyat üçün insan kapitalının formalaşdırılması mövzusunda əhəmiyyətli müzakirələr aparıldı. Natiqlər, sıfır karbonlu bir iqtisadiyyata keçidin qaçılmaz olduğunu vurğulayaraq, bu keçidin həyata keçirilməsi üçün təhsil, işgüzar mühit və innovasiyalarda transformativ dəyişikliklərin vacibliyini qeyd etdilər.

Tədbir iştirakçıları, yaşıl iqtisadiyyatın inkişafı üçün insan kapitalının düzgün yönləndirilməsi və yeni bacarıqların yaradılmasının, davamlı gələcəyə nail olma yolunda mühüm addım olduğunu vurğuladılar.

Seçilən
39
qht.az

1Mənbələr