AZ

İsrailin Baş katibə qadağa tətbiq etməsi sülhə mane olacaq - Zaxarova

İsrailin

“İsrailin BMT Baş katibi Antonio Quterreşi “persona non qrata” elan etməsi ölkənin suveren hüququdur, lakin bu, sülh işinə kömək etməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu RTVI-ya şərhində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, “persona non qrata” elan etmək ölkənin suveren hüququ olsa da, bu, sülh işinə kömək etməyəcək.

Qeyd edək ki, İsrailin xarici işlər naziri İsrael Katz oktyabrın 2-də BMT Baş katibi Antonio Quterreşin yəhudi dövlətinə girişinin qadağan olunduğunu və İranın hücumunu pisləmədiyi üçün onun “persona non-qrata” elan edildiyini bildirib.

ELÇİN
Seçilən
22
reyting.az

1Mənbələr