AZ

"Tənha canavarlar" ümidləri doğrultmayıb


Bred Pittin və Corc Kluni

Ekranlara yeni çıxmış və ilk nümayiş zamanı kifayət qədər maraqla qarşılanmış "Tənha canavarlar" filmində əsas rolları ifa edən Bred Pittin və Corc Kluninin birgə işinə münasibət qəfildən dəyişib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, savaş-komediya janrında çəkilmiş "Tənha canavarlar" amerikalıların sevdiyi ekran işləri siyahısında yer tuta bilməyib. Tamaşaçıların əksəriyyəti bu filmi mənasız və "cansız ekran əsəri" kimi qiymətləndiriblər. Keçirilən sorğular zamanı çoxluq filmi "zibilliyə atdıqlarını" deyiblər.

İki məhşur amerikalı aktyorun birgə layihəsi olan "Tənha canavarlar" qısa müddətdə heyrət doğuracaq dərəcədə aşağı reytinqə düşüb.

Hətta Corc Kluninin və Bred Pittin dostları da "Tənha canavarlar"dan məyus olduqlarını deyiblər.

"Rotten Tomatoes"-in yazdığına görə, portalda onların auditoriya reytinqi cəmi 53 faizə çatıb ki, bu da kino-layihənin tamamilə mənasız olmasına işarədir.

"Bu film o qədər yumşaq, mənasız idi ki, düzünü desəm, hətta onun nə haqqında olduğunu da xatırlaya bilmirəm. Bir film süjeti kimi çox sadə idi və filmin özü də qaranlıq idi. Yəni, heç nəyi görmək mümkün deyildi, çünki bütün gecə lentə alınmışdı. Bir sözlə, mən Brad Pittlə Corc Kluninin performansına heyran olmadım, çünki pis ssenarini hətta yaxşı aktyorlar da düzəldə bilməzlər",- deyə bu filmdən çox məyus olan bir tamaşaçı bildirib.

Sorğuda iştirak etmiş digər tamaşaçının bu filmlə bağlı fikirləri də söylənilənlərlə üst-üstə düşüb. Bu filmi izlədiyinə görə peşiman olan tamaşaçı öz təəssüratlarını bölüşüb:

"Mən bu filmi çox səbirsizliklə gözləyirdim, amma onu izləməyim depressiyaya səbəb oldu. Məncə, atmosfer çox gərgin deyildi və demək olar ki, heç bir hərəkət yoxdur. Süjet çox zəifdir, üstəlik, bu yeni filmin rəngi, istifadə etdikləri filtr məni belə bir gərgin vəziyyətə saldı. Həm də hr şey qaranlıq və səliqəsiz idi".

İş adamı olan bir tamaşaçı isə bu filmlə bağlı deyib: "Onların qaranlıqda durub mənim vaxtımı necə aldıqlarını təsəvvür edin. Bred Pitt və Corc Kluni lap zəhləmi tökdülər".

Bununla belə, peşəkar kino tənqidçiləri daha ehtiyatlı yanaşma nümayiş etdirirək, bu filmlə bağlı bəzi müsbət məqamları da qeyd ediblər. Tənqidçilər bildiriblər ki, bu film çox yüksək səviyyədə bir ekran əsəri olmasa da, baxmaq üçün əlverişli kino əsəridir, üstəlik, duet ortaqlarının, yəni Pitt ilə Kluninin gərginlik, əyləncə yaradan, tamaşaçıların marağına səbəb olan səhnələri də elə az deyil.

Lakin bütün bunlara baxmayaraq, filmin taleyi artıq məlum olub. Öncə keçirilmiş müxtəlif sorğular, həmçinin yeni aparılan və yüzdən çox rəy əsasında hazırlanmışstatistik məlumatlar bu filmin reytinqinin cəmi 68 faiz təşkil etdiyini göstərib.

"Tənha canavarlar" filminin süjeti həmişə tək hərəkət etməyə öyrəşmiş iki həlledici adamın bir qaranlıq qətl işi ilə bağlı eyni zamanda və eyni adamdan çətin tapşırıq almalarından, həmçinin də məqsədlərinə tez çatmaq üçün onların öz qüvvələrini iş naminə məcbur olub birləşdirməsindən bəhs edir.

Oqtay QORÇU
Seçilən
16
reyting.az

1Mənbələr