AZ

Ağstafa Mərkəzi Rayon Xəstəxanasına  yeni baş həkim təyin olunub 

Ağstafa Ağstafa Mərkəzi Rayon Xəstəxanasına

Ağstafa Mərkəzi Rayon Xəstəxanasında kadr dəyişikliyi olub.

E-saglam.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına direktorun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsinə Teyyub Nüsrəddin oğlu Carçıyev təyin olunub.

Qeyd edək ki, Teyyub Nüsrəddin oğlu Carçıyev 12 fevral 1978-ci il tarixində Qazax rayonunun Çaylı kəndində anadan olub.

1995-ci ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub.

2002-ci ildə fərqlənmə diplomu ilə universiteti bitirib. Daha sonra həqiqi hərbi xidmət keçib. 2004-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxananın Damar cərrahiyyəsi şöbəsində həkim-cərrah işləyib.

2006-cı ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində çalışıb. İkinci Qarabağ müharibəsində qismən səfərbərlik sərəncamı ilə 30 sentyabr 2020-ci il tarixindən 2 oktyabr 2021-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində yenidən hərbi xidmətdə olub.

Xocavənd, Fizuli və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib, Prezident İlham Əliyevin Fərmanı ilə "Şuşanın azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Vətən müharibəsi veteranıdır. 2021-ci ildən indiyədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin Əməliyyatxana bölməsində bölmə müdiri vəzifəsi ndə çalışıb.

E-saglam.az 

Seçilən
9
1
e-saglam.az

2Mənbələr