İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyruta ard-arda 4 dəfə zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumlar səbəbindən Livanın paytaxtında gecəboyu partlayışlar yaşanıb.
Livanın Səhiyyə Nazirliyi avizərbələr zamanı azı 2 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb: "Son 24 saatda isə 46 nəfər ölüb, 85 nəfər yaralı var".
Tahir Şəlvəli
MİA.AZ