AZ

“Malmö” Avropa Liqasının son 8 səfər oyunundan 7-də qol vurub

“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində bu gün 2-ci tur oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi doğma arenasında İsveç klubu “Malmö”nü qəbul edəcək.

Qarşılaşma öncəsi hər iki komandanın bu turnirlə bağlı maraqlı statistik göstəriciləri diqqət çəkir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

– “Qarabağ” Avropa Liqası çərçivəsində son 8 ev oyunundan 7-də əsas vaxtda qol buraxıb.

– Azərbaycan çempionu bu turnirdə keçirdiyi son 11 ev matçının 9-da 90 dəqiqə ərzində uduzmayıb. Həmin qarşılaşmaların əsas vaxtının 4-də qələbə, 5-də heç-heçə qeydə alınıb.

– “Qarabağ”ın cari mövsüm avrokuboklarda keçirdiyi 7 görüşün 6-da əsas vaxtda ən azı 3 qol vurulub.

– “Malmö” Avropa Liqasının son 8 səfər oyunundan 7-də qol vurub.

– İsveç klubu bu turnirin son 8 səfər matçının 7-də heç-heçə etməyib – 3 qələbə, 4 məğlubiyyət.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Seçilən
18
futbolinfo.az

1Mənbələr