AZ

Trüdo: İsrailin İranın hücumlarından qorunmaq hüququ var...

İsrailin İranın hücumlarına qarşı özünü müdafiə etmək hüququ var, lakin Yaxın Şərqdə böyük müharibədən qaçmaq lazımdır...

Poliqon xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo bildirib.

“Aydındır ki, İsrailin İranın hücumlarına qarşı özünü müdafiə etmək hüququ var, lakin eyni zamanda, Yaxın Şərqdə daha böyük müharibənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq”, deyə hökumət başçısı bildirib.

Trüdo əlavə edib ki, hərbi münaqişələrin ortasında qalan mülki vətəndaşları da qorumaq və qurbanlara humanitar yardım göstərmək lazımdır.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücuma keçib. İsrail iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib. İsrail Baş Qərargahı cavab tədbirləri görəcəyini vəd edib.

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İsrailə hücumların daha da genişlənəcəyi barədə ivrit dilində xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr