AZ

İsrail Beyrut ətrafını təxliyə etməyə çağırıb

İsrail ordusu Beyrutun cənub ətrafının sakinlərini təxliyə etməyə çağırışını təkrarlayıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyrutun cənub ətraflarında yerləşən bir neçə məhəllə sakinlərini yenidən təxliyə etməyə çağırıb.

Agentlik qeyd edir ki, hərbçilər insanların sıx məskunlaşdığı cənubi Beyrutun çoxsaylı rayonlarını tərk etmələri barədə əmrlər verib. İsrail tərəfi bu ərazidə “Hizbullah” hədəflərinə hücumların həyata keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin davam etməsini istəmir, lakin İranın İsrailə raket hücumu cavabsız qalmamalıdır.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr