AZ

Yaponiyada İkinci Dünya Müharibəsi dövrünə aid mərminin partlaması səbəbindən bağlanmış hava limanı yenidən fəaliyyətə başlayıb

Bakı. Trend:

İkinci Dünya Müharibəsi dövrünə aid mərminin taksi yollarındanbirinin yaxınlığında partlaması nəticəsində çərşənbə günü müvəqqətibağlanan Yaponiyanın Miyazaki prefektura hava limanı yenidənfəaliyyətə başlayıb.

Trend xəbər verirki, hava limanının administrasiyası bu barədə məlumat yayıb.Aeroportun saytındakı elektron displeydəki məlumata əsasən, artıqbir neçə daxili reys yerinə yetirilib.

Partlayış nəticəsində hava limanından bütün uçuşlar dayandırılıbvə 87 reys ləğv edilib.

Hava limanı Yaponiya İmperator Donanmasının keçmiş aviabazasınınyerində yerləşir. Bu bazada kamikadze missiyaları həyatakeçirilirdi və o, Amerika bombardmanlarına məruz qalmışdı. Dahaəvvəl burada partlamamış mərmilərin tapılması da qeydə alınıb.

Seçilən
41
az.trend.az

1Mənbələr