AZ

Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib

2024-cü ilin ilk üç rübündə Almaniya hakimiyyəti Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah və hərbi malların tədarük edib.

“Far.Az”un xəbərinə görə, bu barədə Almaniyanın İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyinin hesabatında deyilir.

İlkin məlumatlara görə, Almaniya 2024-cü ilin ilk üç rübündə demək olar ki, 11 milyard avro dəyərində yekun müdafiə ixracı həyata keçirib.

Bunun təqribən 7,2 milyard avrosu silahlara, təxminən 3,8 milyard avrosu isə müdafiə məhsullarına aiddir. Əsas alıcı ölkə təxminən 7,1 milyard avro dəyərində silah ixracına icazə verilən Ukraynadır.

Hesabata görə, 2023-cü ilin eyni dövrü üçün bu rəqəm təxminən 3,3 milyard avro təşkil edib.

Seçilən
7
2
far.az

3Mənbələr