AZ

400-dən çox şagirdin tədris aldığı məktəb niyə bağlanır?

2005-ci ildə istifadəyə verilən məktəb yenidən qəzalı vəziyyətə düşüb.

Bakupost.az xəbər verir ki, təxminəın 500 ailənin yaşadığı Şəkinin Vərəzət kənd tam orta məktəbində təhlükəli vəziyyətə görə tədris dayandırılıb. 400-dən çox şağirdin Baş Zəyzid kəndinə köçürülməsi haqda aydiyyatı qrumlar qərar qəbul ediblər. Sakinlər isə qonşu kəndə uşaqları necə aparacaqlarından narahatdır.

Vəziyyətlə əlaqədar Şəki -Zaqatala Regional Təhsil İdarəsindən "Xəzər TV"yə bildirilib ki, Vərəzət kənd tam orta məktəbinin tədris binasında yaranmış çatlarla bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları və Şəki şəhər İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən ətraflı texniki baxış keçirilib. Müəyyən olunub ki, bir neçə il öncə aparılan gücləndirmə işlərinə baxmayaraq, binanın yükdaşıyan divarlarında şaquli və üfüqi çatlar əmələ gəlib və proses davam edir. Mövcud vəziyyətin tədris prosesinə və şagirdlərin təhlükəsizliyinə ciddi təsir edə biləcəyi nəzərə alınaraq təcili tədbirlərin görülməsi zərurəti yaranıb. Binanın təhlükəsizliyi ilə bağlı yekun rəy təqdim edilənədək Vərəzət kənd tam orta məktəbinin inzibati binasında tədris fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.

Həmin məktəbdə təhsil alan 420 şagirdin təhsilinin müvəqqəti olaraq yaxınlıqda yerləşən Baş Zəyzid kənd tam orta məktəbində davam etdirilməsi nəzərdə tutulub.
Seçilən
14
2
bakupost.az

3Mənbələr