AZ

ÇL: İspaniya nəhəngləri uduzdular, Əliyar Ağayevin oyununda belçikalılar sevindilər

Bu gün UEFA Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bununla da tura yekun vurulub.

“Real Madrid” Fransada gözlənilmədən “Lill”ə məğlub olub. Tarixində ilk dəfə turnirdə iştirak edən “Bolonya” “Liverpul”la dueldə sürpriz edə bilməyib.

“Bayern Münhen” “Aston Villa”ya uduzub, “Yuventus” isə “Leypsiq”lə dramatik matçda əzmkar qələbə qazanıb.

Avstriyada "Şturm"la "Brügge" arasında baş tutan görüşün taleyini isə bir qol həll edib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda belçikalılar sevinən tərəf olublar.
 
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

2 oktyabr

Jirona (İspaniya) – Feyenoord (Niderland) 2:3
Qollar:
Lopes, 19, van de Bek, 74 - Errera, 23-öz qapısına, Milambo, 33, Kreyçi, 79-öz qapısına.

Şaxtyor (Ukrayna) – Atalanta (İtaliya) 0:3
Qollar:
Cimsiti, 21, Lukman, 44, Bellanova, 48.

Aston Villa (İngiltərə) – Bayern Münhen (Almaniya) 1:0
Qol:
Duran, 79.

Benfika (Portuqaliya) – Atletiko Madrid (İspaniya) 4:0
Qollar:
Aktürkoğlu, 13. Di Maria, 52-pen. Bah, 75. Kökcü, 84.
 
Dinamo Zaqreb (Zaqreb) – Monako (Fransa) 2:2
Qollar:
Suçiç, 45+3. Baturina, 66 - Salisu, 74. Zakaria, 90.

Lill (Fransa) – Real Madrid (İspaniya) 1:0
Qol:
David, 45+3.

Liverpul (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar:
Makallister, 11. Salah, 75.

Leypsiq (Almaniya) – Yuventus (İtaliya) 2:3
Qollar:
Sesko, 30, 65 - Vlahoviç, 50, 68. Konseysao, 83.  

Şturm (Avstriya) – Brügge (Belçika) 0:1
Qol:
Tzolis, 23.

Seçilən
10
10
fanat.az

10Mənbələr