AZ

Nebenzya: “Yaxın Şərq böyük müharibənin uçurumuna yuvarlanır, BMT isə…” - VİDEO

“Yaxın Şərq regionu gözümüzün önündə yeni böyük müharibənin uçurumuna yuvarlanır, BMT Təhlükəsizlik Şurası isə çarəsizcə onu izləyir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahu təhlükəsizlik rəhbərlərini yanına ÇAĞIRDI


“İsrail Hizbullah-ın baş katibi Həsən Nəsrullahı öldürməklə münaqişəni qəsdən qızışdırdı. İran iki ay ərzində müstəsna təmkin nümayiş etdirdi. Əgər İsrail rəhbərliyi öz planlarını həyata keçirməyə davam edərsə, münaqişə təkcə Yaxın Şərqi deyil, bütün dünyanı təhdid edərək “ağılasığmaz eskalasiya səviyyəsinə” çata bilər, - Nebenzya bildirib.

O vurğulayıb ki, İsrailin BMT Baş Katibi Antonio Quterreş persona non qrata elan etməsi rəzil qərardır və Rusiya Federasiyası bu addıma cavab verməyə çağırır.


Bizim.Media

Seçilən
6
3
bizim.media

10Mənbələr