AZ

Əfsanəvi Maradonanın qalıqları qəbirdən çıxarılaraq başqa yerdə basdırılacaq

Argentina məhkəməsi futbol əfsanəsi Dieqo Maradonanın qalıqlarının Buenos-Ayresdə tikiləcək ictimai məqbərədə yerləşdirilməsi üçün şəxsi qəbiristanlıqdan götürülməsinə icazə verib.

Qaziler.az bildirir ki, bu haqda “Associated Press” məlumat yayıb.

Argentina paytaxtının ətrafında yerləşən San İsidro məhkəməsi oktyabrın 2-də Maradonanın 5 övladının tələbi əsasında qərar çıxarıb.

"Biz həmişə bilirdik ki, onun yeri xalq arasındadır, lakin onu da başa düşürdük ki, bütün təhlükəsizlik təminatları prioritetdir. Biz istəyirik ki, onu sevənlər gedib ona sevgilərini göstərə bilsinlər, üzərinə çobanyastığı gülü qoysunlar", - məşhur argentinalının qızı Dalma Maradonna şəxsi sosial səhifəsində yazıb.

Qeyd edək ki, dünyaca məşhur Dieqo Maradonna 2020-ci ildə 60 yaşında vəfat edib. Maradonanın nəşi Buenos-Ayresdən təxminən 50 kilometr şimal-qərbdə yerləşən Jardin de-Bella Vista qəbiristanlığında dəfn edilib.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr