Qərb ölkələrinin Ermənistandakı fəaliyyəti sabitliyi pozur.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı USAİD-in Ermənistana maliyyə yardımını artırmaq qərarını şərh edərkən deyib.
“Bu, sadəcə olaraq, Qərb ölkələrinin istər Ermənistanda, istərsə də bütövlükdə Cənubi Qafqazda fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir”, - Zaxarova qeyd edib.