AZ

Çalhanoğlu ''İnter''də 14 ildən sonra bir ilkə imza atdı

Çempionlar Liqasında əsas mərhələnin 2-ci turunda ''İnter'' ''Srvena Zvezda''nı qəbul etdi.

İtaliya çempionu Serbiya çempionu üzərində 4:0 hesablı rahat qələbə qazandı. Darmadağının əsasını isə Hakan Çalhanoğlu cərimə zərbəsindən vurduğu mükəmməl qolla qoydu. Təxminən 27 metrdən qazanılan cərimə zərbəsi zamanı türkiyəli ulduz topu əla şəkildə uzaq küncə fırlatdı. Bu, ÇL-də oyun gününün ən gözəl qollarından biri oldu. Hakan son 14 ildə Milan nəhənginin heyətində ÇL-də cərimə zərbəsindən qol vuran ilk futbolçu oldu.

Sonuncu dəfə bunu 2010-cu ilin aprelində ÇSKA ilə oyunda niderlandlı ulduz Uesli Sneyder bacarmışdı.

ƏLİ

Seçilən
19
football-plus.az

1Mənbələr