AZ

Məhkumların ekstradisiyası haqqında sazişi ratifikasiya edilib



Qazaxıstan Milli Məclisi bu ölkə ilə Vyetnam arasında məhkumların ekstradisiyası haqqında sazişi ratifikasiya edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sənəd 2023-cü il avqustun 21-də Hanoyda imzalanıb. Müqavilə Vyetnamda cinayət törətməkdə təqsirli bilinən Qazaxıstan vətəndaşlarına cəzalarını Qazaxıstanda çəkməyə imkan verir. Bu, məhkumların reabilitasiyası və öz millətinin cəmiyyətinə inteqrasiyası üçün əlverişli şərait yaradır.

Vyetnamlılar da eyni imkana sahib olacaqlar. Bu ilin may ayından Qazaxıstan vətəndaşları üçün Vyetnamla turist vizaları ləğv edilib. Ona görə də bu ölkəyə turist axınının artım dinamikası proqnozlaşdırılır.

Qeyd edək ki, Qaazaxıstan belə bir sazişi 23 ölkə ilə bağlayıb.

Anar Əliyev
Seçilən
22
newscenter.az

1Mənbələr