AZ

"Atletiko" tribunaların qismən bağlanması cəzası alıb

İspaniyanın "Atletiko" (Madrid) klubu növbəti 3 matçda tribunaların qismən bağlanması cəzası alıb.

"Far.Az" "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi La Liqanın VIII turunda "Real"la (Madrid) keçirilən matçda azarkeşlərin meydana yad əşyalar atmasına görə bu cəzaya məruz qalıb.

"Atletiko" növbəti 3 matçda tribunada 5 min yerlik sektoru bağlamaq məcburiyyətində qalacaq.

Bundan əlavə, klub 45 min avro cərimələnib. Həmin cəza "Leqanes", "Las Palmas" və "Alaves"lə ev matçlarında tədbiq olunacaq.

Seçilən
26
far.az

1Mənbələr