AZ

Üçqat “Oskar” laureatı kinoya qayıdır


Üçqat “Oskar” mükafatı laureatı Deniel Dey-Lyuis oğlunun rejissorluq debütündə rol almaq üçün kinoya qayıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
67 yaşlı britaniyalı aktyor 2017-ci ildə aktyorluğu dayandırıb. Onun son rolu Paul Tomas Andersonun “Phantom Thread” filmində olub.
Nəşrin məlumatına görə, bundan sonra o, əsasən ictimai həyatdan çəkinib.
Amma indi “Oskar” mükafatlı aktyor oğlu Ronan Dey-Lyuisin rejissoru olacağı “Anemone” adlı filmdə baş rola çəkilməyə hazırlaşır. Bu məlumatı nəşrə Amerikanın müstəqil istehsal şirkəti “Focus Features” təsdiqləyib.
Ata və oğulun “atalar, oğullar və qardaşlar arasındakı mürəkkəb münasibətləri, həmçinin ailə bağlarının dinamikasını araşdıran” ssenarini yazdığı bildirilir.
Deniel Dey-Lyuis yeniyetmə ikən ekran debütünü “Bazar günü, qanlı bazar” filmində edib.
Üç dəfə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” qazanıb. O, ilk heykəlciyini “Mənim Sol ayağım” filmində əlil irlandiyalı yazıçı Kristi Braunun, ikinci heykəlciyi “There Will Be Blood” filmində neftçi Daniel Pleynvyu üçün, üçüncü heykəlciyi isə Stiven Spilberqin “Linkoln” əsərində Abraham Linkoln rollarına görə alıb.
Seçilən
21
yeniavaz.com

1Mənbələr